Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verilib. Belə ki, respublikanın digər şəhər və rayonlarından artıq 026 22 kodunu yığmaqla Xankəndi ilə əlaqə saxlamaq mümkün olacaq. Beynəlxalq danışıqlar zamanı isə “+994 26 22X XX XX” yığım formatı tətbiq olunacaq.
İlk olaraq Bakıdan Xankəndiyə “026 22X XX XX” yığım formatı ilə zəng təşkil edilib. Xocalı üçün “+994 26 205 XX XX”, Əsgəran üçün isə “+994 26 206 XX XX” nömrələri tanıdılıb və xidmət gələcəkdə Xankəndi ATS-dən göstəriləcək. Yəni, mərkəz olaraq Xankəndi seçilib. Qısa zamanda bu işi icra edilib.


























