Xaçaturyanın işgəncə verdiyi keçmiş əsir: “Görən kimi tanıdım, azərbaycanlılara ən çox əzabı o verirdi”

0
33

Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Mail Məhəmmədəli oğlu Məmmədov könüllü olaraq 1990-cı ildə Qarabağa yollanıb və döyüşlərdə iştirak edib. Yaralı vəziyyətdə əsir düşüb. Bir müddət sonra erməni əsirləri ilə dəyişilərək vətənə qayıdıb.

Mail Məmmədov ötən gün “Laçın” sərhəd-keçid məntəqəsində saxlanılan V.Xaçaturyanı tanıyıb və bildirib ki, bu erməni vaxtilə ona əsirlikdə işgəncələr verib.