Volodimir Zelenski orduya yeni baş komandan təyin edib

0
61

Ukrayna prezidenti Volodimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edib.

“Report” xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yayımladığı videomüraciətdə bildirib

“Mən general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin etdim”, – deyə, o bildirib.

Sırski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib.