Vaqif Xaçaturyanın birinci Qarabağ müharibəsi zamanı çəkilmiş şəkli

0
44

O, 25 azərbaycanlını qətlə yetirib. 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək, 358 nəfər azərbaycanlını yaşadığı yerlərdən didərgin salıb.

Xaçaturyan ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyanda təqsirkar bilinir.

Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə cinayət işi başladılıb.