Adlandırma komitəsi daha əvvəl 3 Xordad körpüsündən hava limanı meydanına qədər olan Salmas yoluna Kazım Xan Quşçunun adının verilməsinə razılıq vermişdi və bulvar və ya hava limanı meydanında onun heykəlinin qoulması planlaşdırılmışdı.
Xatırladaq ki, 20-ci əsrin ikinci onilliyində cilo və erməni silahlı qüvvələri, İsmayıl Simitko kimi silahlı təcavüzkarlar Rusiyanın, İngiltərənin, Amerikanın və Fransanın köməyi və rəhbərliyi ilə bölgədə Urmiyə, Salmas, Xoy və ətraf kəndlərdə minlərlə türkü qırğına məruz qoyan zaman Kazım Xan Quşçu Urmu kəndlilərindən müqavimət bölüyü yaradaraq işğalçılara qarşı müqavimət göstərmişdir.