Bir neçə gün öncə İbrahim Rəisinin birinci müavini Məhəmməd Müxbir Qərbi Azərbaycana səfər edərək bir neçə layihənin, o cümlədən Urmu gölünün bərpası ilə bağlı yeni layihənin açılışının olduğunu və gölün bərpası işlərinin təkmilləşdirildiyini iddia edib.
Onun səfəri və gölün bərpası barədə iddiasından sonra yerli sosial media və ətraf mühit fəalları Urmu gölünün son durumunu əks etdirən görüntüləri paylaşıblar.
Fəallar hökumət nümayəndəsinin iddialarınınəsassız olduğunu, gölün quruması prosesinin davam etdiyini və Müxbirin bu çıxışının parlament seçkiləri öncəsi səs toplamağa hesablandığını qeyd ediblər.