Ukraynaya ABŞ-dan daha çox silah vəd edildiyi bildirilir

0
72

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Berlində amerikalı həmkarı Antoni Blinkenlə görüşüb. Kulebanın sözlərinə görə, tərəflər Ukraynaya “daha ​​çox silah və yardım”, eləcə də ərzaq ixracının davam etdirilməsi üçün tədbirlər haqqında razılığa gəliblər.

Kuleba görüşdən foto paylaşaraq Twitter-də yazıb: “Ukraynanın ərzaq ixracatının Afrika və Asiyada istehlakçılara çatmasını təmin etmək üçün bir-birimizlə yaxından işləməyə razılaşdıq”.

O, həmçinin Blinkenə və ABŞ-a “liderliklərinə və sarsılmaz dəstəyə” görə təşəkkür edir.

Razılaşmanın təfərrüatları Ağ Ev tərəfindən təsdiqlənməyib. Lakin ABŞ Dövlət Departamentinin sözçüsü Sky News-a istinadən bildirir ki, Entoni Blinken görüşdə “ABŞ-ın Ukraynanın müdafiəsini gücləndirmək üçün təhlükəsizlik yardımının son hissəsi ilə bağlı təfərrüatları çatdırıb”.