Ukraynalı snayperin qəzəbi: “ABŞ qaranlığın tərəfindədir”

0
9

ABŞ-ın dəstəyini dondurması ilə bağlı açıqlama Ukraynanı şoka salıb. Bu barədə müxtəlif ictimai vəzifələrdə çalışan bir sıra Ukrayna vətəndaşları ilə müsahibə aparan Kyiv Independent xəbər verir.

Qəzetin “Bart” adlandırdığı və Ukraynanın şərqindəki Donetskdə Pokrovsk yaxınlığında gedən şiddətli döyüşlərdə iştirak edən snayper qəzetə “qəzəblə dolu olduğunu” deyir.

– ABŞ Rusiya, Şimali Koreya və İranın tərəfindədir. Onlar qaranlığın tərəfinə keçiblər, o deyir və əlavə edir ki, əgər ABŞ indi dünya polisi rolunu seçibsə, demokratiyanı müdafiə etmək ölkənin borcudur.

Polkovnik-leytenant Bohdan Kroteviç qeyd edir ki, hava hücumundan müdafiə ən böyük problem olacaq:

– Tezliklə alternativ tapmalıyıq. Bombalarımız tükənsə, dinc sakinlər öləcək.

Hələlik nə ABŞ, nə də Ukrayna yardımın dondurulduğunu rəsmən təsdiqləməyib.