Ukraynalı müşavirlər danışıqlarda irəliləyişlərə inanmırlar

0
28

Rusiya və Ukrayna nümayəndə heyətləri bu gün Türkiyədə yeni sülh danışıqları üçün bir araya gələcək. Zelenski dünən rusiyalı jurnalistlərə açıqlamasında Ukraynanın neytrallığını və şərqdə Donbass bölgəsində Rusiya ilə güzəştə getməyi müzakirə etməyə hazır olduğunu bildirib.

Lakin danışıqlarda ciddi irəliləyiş gözlənilmir. Reuters xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin baş məsləhətçisi Vadim Denysenko deyib.

“Böyük məsələlərdə irəliləyiş olacağını düşünmürəm”, – Denisenko bildirib.