Ukraynada bioloji müharibə ilə bağlı yeni xəbərdarlıq
Written by Mir on March 15, 2022
Britaniya Müdafiə Nazirliyi bildirir ki, ola bilsin ki, Rusiya yalançı bayraq adlandırılan əməliyyatda bioloji və ya kimyəvi silahdan istifadə etməyi planlaşdırır.
Məqsəd Ukraynanı bu tip silahlardan istifadə etməkdə ittiham etmək olardı. Nazirlik “Twitter” səhifəsində yazır:
“Ukraynanın kimyəvi və bioloji silahlardan istifadə etmək niyyətində olduğuna dair Rusiyanın iddiaları gəlməkdə davam edir. Biz bu iddiaları dəstəkləyəcək heç bir dəlil görmədik”.