Ukraynanın baş prokuroru İrina Venediktova və təhlükəsizlik xidmətinin rəhbəri İvan Bakanov işlərindən uzaqlaşdırılsa da, işdən çıxarılmayıb. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu prezident Zelenskinin administrasiya rəhbərinin müavini Andrij Smyrnov deyib.
Prezident Zelenski bazar günü onların vəzifələrindən uzaqlaşdırıldıqlarını bəyan edib. Smyrnovun bazar ertəsi verdiyi açıqlamaya görə, onlar istintaqa qədər işdən kənarlaşdırılıblar.
Prokurorluqda və təhlükəsizlik xidmətində 60-dan çox şəxsə qarşı dövlətə xəyanət faktları ilə bağlı 651 ibtidai istintaq işi başlanıb.
Bazar günü Zelenski deyib: “Onlar işğal olunmuş ərazilərdə qalıb və millətimiz üçün çalışırlar”.