Ukrayna: “Xersonda 46 kəndi geri aldıq”

0
34

AFP-nin məlumatına görə, yerli qubernator Dmitri Butrij Ukrayna ordusunun Ukraynanın cənubundakı Xerson vilayətində 46 kəndi geri aldığını bildirib.
Butrij-in sözlərinə görə, kəndlərin əksəriyyəti Xerson vilayətinin şimalında, bəziləri isə cənub hissəsində, Qara dəniz və Nikolayevin yaxınlığında yerləşir.

Qubernatorun sözlərinə görə, kəndlərdə humanitar vəziyyət “kritik”dir. Butrij prezident Zelenskinin mülki əhaliyə döyüş bölgəsini tərk edərək daha təhlükəsiz ərazilərə getməyə çağırışını təkrarlayıb.