Ukrayna və Rusiyanın sülh planına – 15 bənddən ibarət layihəyə yaxınlaşdıqları deyilir

0
15

Ukrayna və Rusiya danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə ediblər. Ölkələr müharibənin bitməsinə səbəb olacaq 15 bənddən ibarət layihə hazırlayıblar. Financial Times-a üç mənbədən sitat gətirir.

Mənbələrin bildirdiyinə görə, razılaşmaya dərhal atəşkəs daxil ediləcək və Rusiya Ukraynanın bitərəf olduğunu elan edərək silahlı qüvvələrinin miqyasını azaldacağı təqdirdə Kiyevdən çəkiləcəklərini bildirib.

Razılaşmaya görə, Ukrayna NATO-ya üzv olmayacaq və xarici əsgərlərin və silahların Ukrayna torpaqlarında olmayacağına söz verəcək.

Ukraynanın razılaşmaya razı olması üçün Rusiyadan Ukraynada nəzarətə götürdükləri əraziləri tərk etməsini tələb edirlər. Bu barədə “Financial Times”a Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak bildirib.

Kremlin sözçüsü deyir ki, mümkün razılaşmada hər hansı məqamları təqdim etmək hələ tezdir. Bu barədə “Reuters” Rusiyanın dövlət xəbər agentliyi RİA-ya istinadən xəbər verir.