Ukrayna təsdiq edir: Elektrik stansiyası Rusiyanın nəzarəti altındadır

0
52

Prezident Zelenskinin müşaviri Oleksiy Arestoviçin sözlərinə görə, Rusiya qüvvələri Ukraynanın Donetskdəki ikinci ən böyük elektrik stansiyası Vuhlehirsk üzərində nəzarəti ələ keçirib.
Reuters xəbər verir ki, o, müsahibəsində deyib ki, Rusiya həmçinin “cənubdakı üç bölgəyə qoşunların kütləvi şəkildə yerləşdirilməsi” həyata keçirib.

Rusiyanın dəstəklədiyi qüvvələr artıq çərşənbə axşamı Vuhlehirsk kömürlə işləyən elektrik stansiyasına nəzarəti ələ keçirdiklərini bildirsələr də, bu iddianı təsdiqləmək mümkün olmayıb.

Onlar kiçik bir taktiki üstünlük əldə etdilər – Vuhlehirsk üzərində nəzarəti ələ keçirdilər”, – Arestoviç bildirib.