Region qubernatorunun məlumatına görə, cümə günü Ukrayna donanması Qara dənizdə yedək gəmisinə hücum edib, Reuters xəbər verir.
“Vasili Beç” gəmisinin Odessanın cənubunda, Rusiyanın işğalı altında olan Zmiinyi “İlan adası” adasına əsgər, silah və sursat daşımaq üçün istifadə edildiyi bildirilir.