Ukrayna Müdafiə Nazirliyi Facebook-da yazır ki, Ukraynadakı bir neçə rus bölməsi yenidən birləşmək üçün Belarusa geri çəkilir.
“Bu tədbirlər ağır itkilərə məruz qalmış bölmələrin növbə ilə dəyişdirilməsi (…) ərzaq, yanacaq və sursatların doldurulması və xəsarət alanların təxliyəsini təşkil etmək üçün həyata keçirilir”.
Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Şənbə günü Polşanın paytaxtı Varşavada çıxış edən ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hərbi hücumunu “strateji uğursuzluq” kimi qiymətləndirib.


























