Ukrayna öz hava məkanını qorumağı bacarır

0
49

Britaniya kəşfiyyatının hesabatları iddia edir ki, Ukrayna Hərbi Hava Qüvvələri indiyədək ölkənin hava məkanını mühafizə etməkdə yaxşı uğur qazanıb, Reuters xəbər verir.

Böyük Britaniyanın Müdafiə Nazirliyi “Twitter” hesabında yazıb: “Hərbi Hava Qüvvələri Rusiyanın müasir döyüş təyyarələrinə qarşı böyük uğur qazanıb və onların hava məkanına nəzarəti ələ keçirməsinə mane olub”.

Britaniya mənbələrinə görə, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevin şimalında gedən döyüşlərdə o qədər də uğur qazana bilməyib.