Ukrayna “müharibə cinayətkarlarının” adlarını açıqlayıb

0
25

BBC yazır ki, Ukrayna kəşfiyyatı Butjada hərbi cinayətlər törətmiş rus əsgərləri olduğu iddia edilənlərin siyahısını dərc edib. Müdafiə Nazirliyinin saytında dərc olunan siyahıda 2000-ə yaxın əsgərin adları, doğum tarixi, pasport nömrələri və rütbələri yer alıb.

“Unutma! Bütün hərbi cinayətkarlar Ukraynanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cavabdehlik daşıyacaqlar”, – deyə siyahıdan oxumaq olar.

Aİ daha əvvəl bəyan etmişdi ki, Birlik hərbi cinayətlərin müəyyən edilməsi işinə kömək etmək üçün müstəntiqlər göndərməyə hazırdır.