Ukraynanın hərbi kəşfiyyat xidməti HUR Facebook-da bildirib ki, Rusiya elitasındakı yüksək vəzifəli şəxslər Rusiyanın Qərblə iqtisadi əlaqələrini bərpa etmək üçün Vladimir Putini devirmək və ya ona sui-qəsd etmək planları hazırlayırlar.
“Zəhərlənmə, qəfil xəstəlik və ya hər hansı digər “təsadüf” istisna edilmir”, – yazırlar.
Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
HUR Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikovu Putinin mümkün varisi kimi qiymətləndirib.