Ukrayna daha bir rus generalını öldürdüyünü iddia edir

0
18

Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, rus generalı Vitali Gerasimov Ukraynanın şərqində Xarkov yaxınlığında gedən döyüşlərdə öldürülüb.

“The Guardian” xəbər verir ki, məlumatı Bellingcat jurnalist şəbəkəsi təsdiqləyib. Lakin Rusiya tərəfindən onlara münasibət bildirilməyib. Doğrudursa, Gerasimov Ukraynadakı müharibə zamanı öldürülən ikinci yüksək rütbəli hərbçidir.

Gerasimov əvvəllər Çeçenistandakı müharibədə, Rusiyanın Suriyadakı əməliyyatlarında və Rusiyanın Krımı ilhaqı zamanı iştirak edib.