Ukrayna: Azovstal polad zavodunda ən azı yüz dinc sakin qalıb

0
24

Mariupoldakı Azovstal polad zavodundan mülki şəxslərin təxliyəsinə baxmayaraq, azı 100 mülki şəxs qalır.

Bu barədə şəhər meri Pyotr Andryuşenkonun Telegram-dakı mesajına istinadən Reuters xəbər yayıb. O, həmçinin yazır ki, Rusiya hücumları davam edir.

Polad zavodundan mülki şəxslər üçün bir neçə evakuasiya əməliyyatı həyata keçirilib – uğursuz və uğurlu olub. Şənbə günü Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk da bütün mülki qadınların və uşaqların polad zavodundan təxliyə edildiyini bildirib.