Britaniya Müdafiə Nazirliyi gündəlik vəziyyət hesabatında yazır ki, Ukrayna qüvvələri ölkənin cənub bölgələrində irəliləməyə davam edir.
Ukrayna cəbhədə Rusiyanın müdafiəsinin zəif olduğu nöqtələrdən istifadə etməyə müvəffəq olub və indi bir neçə istiqamətdə cəbhə xəttini geri çəkib.
Rusiya çox güman ki, cəbhədəki boşluqları ehtiyat əsgərlər və könüllülərlə doldurmağa çalışacaq. Üçüncü Ordu Korpusunun könüllü batalyonlarının avqustun 24-də Moskvadakı bazasını tərk etdikləri və hazırda Ukrayna cəbhəsinə yollandığı bildirilir. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu əsgərlər məhdud təlimə malikdirlər.