Ərdoğan Consona deyib ki, Ukraynadan taxıl ixracı üçün həll yolu tapılmalıdır
Merve Berker |
21.06.2022
ANKARA
Türkiyə prezidenti və Böyük Britaniyanın baş naziri ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
İdarədən verilən açıqlamada Rəcəb Tayyib Ərdoğan və Boris Conson arasında müdafiə sahəsində əməkdaşlıq və davam edən Rusiya-Ukrayna müharibəsi haqqında danışdıqları bildirilib.
Yaxınlaşan qlobal ərzaq böhranı fonunda prezident Ərdoğan bildirib ki, Ukraynadan taxıl ixracı üçün həll yolu tapılmalıdır.
Ukraynanın tonlarla taxılı hərbi münaqişə ucbatından qapalı qalır və bu, qlobal qıtlığa və qiymət artımlarına səbəb olur. Ərzaqdan silah kimi istifadə etməkdə ittiham olunan Rusiya ərzaq qıtlığının səbəbinin Qərbin sanksiyaları olduğunu deyir.
Ərdoğan bazar ertəsi BMT-nin Baş katibi Antonio Quterreşə bildirib ki, Türkiyə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını təmin etmək üçün birgə səyləri davam etdirir və bu, “qlobal ərzaq böhranının qarşısının alınması baxımından təsirli olacaq”.