Milli Müdafiə naziri Yaşar Gülər bu gün Ankaraya rəsmi qonaq kimi gələn həmkarı, Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps ilə görüşəcək.
İkitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı toplantıda Türkiyənin maraq göstərdiyi Eurofighter Tyhpoon təyyarələrinin alınması məsələsi də bugünkü proqramın gündəmindədir.
Eurofighter Tyhpoon alqı-satqısı üçün ikinci əl təyyarələrin alınması nəzərə alınmır.Türkiyənin Eurofighter-in ən son konfiqurasiyasını, 20+20-lik iki paketdə cəmi 40 təyyarə almaq üçün müraciəti var.