Hulusi Akar, Lorenzo Guerini və Ben Uolles də Ukraynadakı inkişafı müzakirə etmək üçün üçtərəfli görüşdə bir araya gələcək.
Faruk Zorlu |
08.04.2022
ANKARA
Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda keçiriləcək üçtərəfli görüş öncəsi italyan və britaniyalı həmkarları ilə ayrı-ayrılıqda görüşüb.
Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, Akar, Lorenzo Guerini və Ben Uolles İstanbulda keçiriləcək üçtərəfli görüşdə Ukraynanın inkişafı, üç NATO müttəfiqi arasında təhlükəsizlik və müdafiə əlaqələrini müzakirə edəcəklər.

























