AZMTV

AZMTV

Current track

Title

Artist

Türkiyə və Suriya liderləri arasında görüş başa çatıb

Written by on February 4, 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaara arasında Ankarada görüş başa çatıb.

“Report” xəbər verir ki, görüşdən sonra onlar mətbuat konfransı keçiriblər.

Ərdoğan bildirib ki, indiki məqamda ərəb və islam dünyası yeni iqtidar və Suriya xalqına lazımi maddi və mənəvi dəstəyi göstərməlidir: “Bu, çox vacibdir. Suriyalı qardaşlarımızın ölkələrini bərpa edə biləcəklərinə şübhəm yoxdur”.

Onun sözlərinə görə, ölkələr arasında ən müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirilir: “Suriyanın xarabaya çevrilmiş şəhərlərinin bərpasında da dəstəyə hazırıq. Suriya iqtisadi cəhətdən dirçəldikcə könüllü formada qayıdışlar da sürətlənəcək”.

Ərdoğan qeyd edib ki, Türkiyə terror təşkilatları ilə mübarizədə Suriyaya dəstək verməyə hazırdır.

Ə. Şaara isə 1967-ci il sərhədlərinin bərpa olunmasının vacibliyini vurğulayıb. O söyləyib ki, Suriya Türkiyə ilə əlaqələri inkişaf etdirmək niyyətindədir.

18:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaara arasında Ankarada görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

İkitərəfli görüş və heyətlərarası iş yeməyindən sonra Ərdoğan və Əhməd Əş-Şaara birgə mətbuat konfransı keçirəcəklər.


Reader's opinions

Leave a Reply

Your email address will not be published.



AZMTV

AZMTV

Current track

Title

Artist