Qara dəniz limanlarının blokadası səbəbindən Ukrayna taxılının ilişib qalması ərzaq qıtlığına və qiymət artımına səbəb olub.
Sarp Özer |
12.07.2022
ANKARA
Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə axşamı bildirib ki, Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmiləri Qara dəniz limanlarının blokadası səbəbindən Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün çərşənbə günü İstanbulda bir araya gələcək.
Akar bildirib ki, Türkiyə Müdafiə Nazirliyinin nümayəndə heyəti daha əvvəl qlobal ərzaq böhranına səbəb olan məsələni müzakirə etmək üçün Moskva və Kiyevə səfər edib.
O əlavə edib ki, indiyədək keçirilən görüşlər müsbət nəticə verib.
Fevralın 24-də Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyata başlayan Rusiya ərzaq böhranına görə məsuliyyəti inkar edir və qıtlıq və bunun ardınca qlobal ərzaq qiymətlərinin artmasında Qərbin sanksiyalarını günahlandırır.


























