Tramp Yəmənin Ənsarullah təşkilatını ABŞ-ın terror təşkilatları siyahısına qaytarıb

0
8

ABŞ prezidenti Donald Tramp ikinci dəfə fərman verərək Yəmənin Ənsarullahı (Husi) Xarici Terror Təşkilatları (FTO) siyahısına daxil edib.

Trampın imzaladığı bəyanatda Vaşinqtonun siyasəti husilərin əməliyyat imkanlarını məhv etmək üçün regional tərəfdaşları ilə işləməkdən ibarətdir.

Bəyanatda əlavə olunur ki, husilər İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin köməyi ilə vəzifəsi “dünyada terror təşkilatlarını öyrətmək və silahlandırmaq” olan 2023-cü ildən bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinə onlarla dəfə atəş açıb və Amerika hərbi qüvvələrinin, insanların həyatını təhlükəyə atıblar.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden İrana xidmət etmək üçün Yəmən Ənsarullahı terrorçu qruplaşmalar siyahısından çıxarmışdı.