Tramp: Putinlə görüşə hazırlaşırıq!

0
13

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin onunla görüşməyə hazır olduğunu və hər iki tərəfin belə bir görüşə hazırlaşdığını açıqlayıb.
Bu sözləri Tramp Floridadakı iqamətgahında jurnalistlərlə söhbətində deyib.

“Putin mənimlə görüşmək istəyir və biz bunu təşkil edirik”, – Tramp bildirib.

Putin, Tramp və Çin prezidenti Si Cinpin arasında üçtərəfli görüşün mümkünlüyü ilə bağlı suala Tramp bunun daha sonra müəyyən ediləcəyini bildirib.