AZMTV

AZMTV

Current track

Title

Artist

Təbrizdə içməli su çatışmazlığı yaşanır

Written by on July 7, 2023

Şərqi Azərbaycan əyalətinin Su və Kabalizasiya Şirkətinin başçısı Məhəmməd Xaninin problemlə bağlı verdiyi açıqlama təbrizlilərin etirazları ilə qarşılaşıb.

O, mediaya verdiyi açıqlamada bildirib ki, şəhərin yüksək yerlərdə yerləşən məhəllələri və çox mərtəbəli binalara içməli su verilməsi ilə bağlı başçılıq etdiyi qurumun heç bir öhdəliyi yoxdur.

“Yüksək yerlərdə yerləşən, habelə 9 mərtəbəli və daha çox mərtəbəsi olan binalara su verməyə borclu deyilik. Bu günə kimi etdiklərimizə görə isə bizə minnətdar olmalıdırlar”,- Xani qeyd edib.

O, bununla yanaşı Təbrizin əsas içməli su təminatçısı olan Nəhənd su bəndində suyun tükənmək üzrə olduğunu və 25 gündən sonra ciddi su qıtlığı yaşanacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı başqa bölgələrdə də su qıtlığı yaranıb.

Ümumilikdə hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır.

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb.


Reader's opinions

Leave a Reply

Your email address will not be published.



AZMTV

AZMTV

Current track

Title

Artist