“Samsung” Rusiyada tədarükləri dayandırır

0
46

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” müharibə səbəbindən Rusiyaya tədarüklərini dayandırır, Bloomberg xəbər verir. “Apple”, “Microsoft” və “HP” daxil olmaqla bir sıra digər texnologiya şirkətləri də əvvəllər oxşar məlumat vermişdilər.

Samsung-un qərarı Ukrayna hökumətinin təzyiqindən sonra verilib. Dünən ölkənin baş nazirinin müavini və rəqəmsallaşma naziri Mixailo Fedorov Twitter-də Samsung-un baş direktoruna açıq məktub dərc edərək, onu şirkətin məhsulları ilə Rusiyaya tədarük etməyi dayandırmağa çağırıb.