Rusiyada illik inflyasiya apreldə son 20 ilin ən yüksək səviyyəsinə – 17,8 faizə çatıb – Rusiyanın dövlət statistika agentliyi Rosstat cümə günü bildirib.
Fevralın 24-də Rusiya ordusu Ukraynanı işğal etməyə başlayandan bəri Rusiya bir sıra beynəlxalq sanksiyalara, o cümlədən mühüm ixracatlara embarqoya məruz qalıb və bu, onsuz da yüksək inflyasiyanın səviyyəsini sürətləndirib.
Rosstatın məlumatına görə, ərzaq qiymətlərində illik artım 20,5 faizə çatıb.
Mərkəzi Banka görə, illik inflyasiya gələn il yavaşlamadan əvvəl bu il 23 faizə çata bilər.
Putin cümə axşamı deyib ki, Qərb ölkələri Moskvaya qarşı sanksiyalardan Rusiyadan daha çox zərər çəkib. O, ölkənin “xarici çağırışlara” davamlı olduğunu təkid edir.
(TT)