Rusiyada dövlətin nəzarətində olan xəbər agentlikləri ötən gecə Rusiyanın Bryansk şəhərində, Ukrayna sərhədindən təxminən 150 km şimal-şərqdə yerləşən neft anbarında böyük yanğınların baş verdiyini bildirir, Reuters yazır.
The Guardian canlı reportajında yazır ki, məlumatı NASA-nın Firms yanğına nəzarət xidmətinin ərazidəki iki yerdə yanğınları göstərən peyk şəkilləri təsdiqləyir.
Hələlik yanğınların Ukraynadakı müharibə ilə bağlı olduğuna dair heç bir əlamət yoxdur. Ötən həftə Rusiya Ukraynanın Bryan bölgəsindəki yaşayış binalarına hücum etdiyini və 7 nəfərin yaralandığını iddia etdi. Məlumat Ukrayna tərəfindən rədd edildi.