Rusiya: Ukrayna tələblərə razı olarsa, hücumu “dərhal” dayandırır

0
22

Reuters xəbər verir ki, Ukrayna Kremlin tələbləri ilə razılaşarsa, Rusiya hücumu dərhal dayandırmağa hazırdır. Rusiya Ukraynanın bitərəf olduğunu bildirmək üçün konstitusiyasını dəyişdirməsini istəyir. Ukraynadan həmçinin Krımı Rusiya ərazisi, separatçı Donetsk və Luqansk rayonlarını isə müstəqil ərazilər kimi tanıması tələb olunur.

– Biz onlara dedik ki, bütün bunlar bir anda bitə bilər, Kremlin sözçüsü Dmitri Peskov deyir.

Peskov həmçinin iddia edir ki, Rusiya Ukraynaya qarşı daha heç bir ərazi iddiası irəli sürmək istəmir, sadəcə olaraq “ölkəni demilitarizasiya edir”.

– Ən əsası odur ki, Ukrayna hərbi əməliyyatlarını dayandırsın. Onda heç kim atəş açmayacaq.