Rusiyanın RİA Novosti agentliyinin anonim diplomatik mənbəyə istinadən verdiyi xəbərə görə, Rusiya nümayəndə heyəti Türkiyəyə gəlib.
Eyni mənbənin Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin görüşəcəyi bugünkü danışıqlarda irəliləyəcəyinə “yüksək inam”ın olduğunu da söylədiyi deyilir.
İstanbul görüşünün məqsədi Qara dənizdə taxıl ixracına təhlükəsiz başlamaqdır.
Görüş üçün dəqiq görüş yeri hələlik gizlidir.


























