Rusiya mesajında: Ekzistensial təhlükə deyil

0
275

Kremlin sözçüsü Dmitri Peskov Moskva İsveç və Finlandiyanın NATO-ya daxil olma ehtimalını Rusiya üçün ekzistensial təhlükə hesab etmir.
Bununla belə, Peskov Kremlin “alyansın daha da genişlənməsinin Avropa üçün daha böyük təhlükəsizlik təmin etməyəcəyi” və NATO-nun “aqressiv xarakter daşıdığı” barədə bəyanatını təkrarlayıb.

Peskov daha əvvəl demişdi ki, Rusiya ancaq “bizim üçün ekzistensial təhlükə yaranarsa, başqa ölkəyə qarşı nüvə silahından istifadə etməyə hazırdır”, DN yazır.