Rusiya İranla bağlı qərarını açıqladı!

0
12

Rusiya dövlət mediası İranla hərtərəfli əməkdaşlığın dayandırıldığını açıqlayıb. Bu açıqlamadan sonra bütün gözlər Moskva-Tehran münasibətlərinə çevrildi…
Rusiyanın Ukraynaya təcavüzündən sonra Tehran-Moskva münasibətləri demək olar ki, yeni səviyyəyə çatıb. Müharibənin əvvəlində klassik döyüş taktikalarını geridə qoyaraq, İran qanadı Rusiyaya intiharçı pilotsuz uçan aparatlar və sursat göndərməyə başladı. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Rusiya və İran arasında hərbi əlaqələrin hərtərəfli müdafiə tərəfdaşlığına çevrildiyini bildirib.
Son görüş Aprel ayında keçirilimişdi
Ötən ay helikopter qəzasında həlak olan İran prezidenti Rusiya lideri Putinlə sonuncu dəfə aprel ayında görüşüb. İranın İsrailə hücumuna ilk ictimai qiymət verən Putin deyib ki, Yaxın Şərqdəki hazırkı qeyri-sabitliyin əsas səbəbi fələstinlilərlə İsrail arasında həll olunmamış münaqişədir.