Rusiya: İrəvan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina edib

0
24

İrəvan bu gün, dekabrın 23-də Rusiyanın paytaxtı Moskvada keçirilməsi nəzərdə tutulan sülh sazişinə hazırlıq məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina edib.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Cihun Bayramov arasında telefon danışığı olub.

Bu söhbətdə tərəflər İrəvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə iştirak etməmək qərarından təəssüfləndilər.

Lavrov və Bayramov Laçın dəhlizindəki vəziyyəti və bu ərazidə faydalı qazıntı yataqlarında fəaliyyətlə bağlı mübahisələr səbəbindən Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti altında olan ərazidə yaranmış gərginliyi müzakirə ediblər.

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Dağlıq Qarabağ və Ermənistan arasında Laçın dəhlizində əlaqələrin təmin edilməsi üçün üçtərəfli sazişlərə ciddi əməl olunmalıdır.