Rusiya Aİ-yə qaz tədarükünü dayandırmaqla hədələyir

0
41

Rusiya baş nazirinin müavini Aleksandr Novak Qərb ölkələrinin Rusiya neftinə ticarət embarqosu tətbiq edəcəyi təqdirdə Almaniyaya qaz tədarükünün böyük bir hissəsini dayandırmaqla hədələyir. Bu barədə BBC xəbər verir.

Novakın fikrincə, Rusiya neftinə embarqo qoyulması qlobal tədarük üçün “fəlakətli nəticələr” deməkdir və neftin qiymətinin iki dəfə artaraq bir barel üçün 300 dollara çatmasına səbəb olacaq.

ABŞ-ın Rusiya neftini boykot edərək Ukraynaya təcavüzünə görə Rusiya və müttəfiqlərinin daha da cəzalandırılması imkanlarını araşdırdığı bildirilir.

Hazırda Aİ-nin neftə olan tələbatının 30%-i Rusiyadan təminat hesabına ödənilir, lakin həmin nefti digər ölkələrdən nisbətən asanlıqla almaq olar.

Qazla vəziyyət daha pisdir, burada 40 faizi Rusiyadan gəlir. Onu əvəz etmək daha çətindir və xüsusilə Almaniya və İtaliya enerji çatışmazlığı riski altında olacaq.