Rusiya 1917-ci ildən bəri ilk dövlət iflasına doğru gedir

0
26

Aprelin əvvəlində Rusiya sanksiyalara görə iki dövlət istiqrazı üzrə ödənişləri dollar əvəzinə rublla həyata keçirib. Beləliklə, mayın 4-dək heç bir düzəliş edilməzsə, ölkə mövcud tərifə görə müflis sayıla bilər. Bu barədə Moody’s kredit reytinq agentliyi məlumat yayıb.

“İstiqraz müqavilələrində dollardan başqa heç bir valyuta ilə ödəniş müddəası yoxdur”, – yazılır.

Beləliklə, Rusiya 1917-ci ildəki Rusiya inqilabından sonra beynəlxalq istiqraz bazarında ilk böyük iflasa doğru irəliləyə bilər, Reuters yazır.