Rusiya 15 il Ermənistanı Qarabağ ərazilərini Azərbaycana qaytarmağa inandırıb, lakin rəsmi İrəvan bundan imtina edib.

0
25

Bunu Rusiya Prezidenti Vladimir Putin Valday forumunda deyib.

O vurğulayıb ki, Azərbaycanın Qarabağda konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı an məsələsidir.

Rusiya sülhməramlıları Qarabağ ermənilərini müdafiə edərkən həlak olublar.

Qarabağdakı rus sülhməramlıları yalnız atəşkəs rejiminə əməl olunmasına nəzarət edə bilirdilər, onların başqa hüquqları yoxdur.

Qarabağda baş verən son hadisələr Ermənistanın bu regionu Azərbaycanın bir hissəsi kimi tanımasının qaçılmaz nəticəsidir.

Ermənistan Rusiyanın müttəfiqi olaraq qalarsa, Moskva Qarabağ ermənilərinə yardımı davam etdirməyə hazırdır.

“Rusiya sülhməramlılarının hüquqi statusu yalnız 2020-ci il bəyanatına əsaslanırdı, onların missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda deyib.

Onun sözlərinə görə, Azərbaycan sülhməramlıların statusu ilə bağlı əlavə razılaşma imzalamağa ehtiyac görməyib və buna ehtiyac da yox idi.

Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı qondarma rejimin “dövlət naziri” olmuş Ruben Vardanyanın Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbsini şərh edib.

“Valday” Diskussiya Forumunda çıxış edən Vladimir Putin qeyd edib ki, Vardanyan özü Rusiya vətəndaşlığından imtina edib.

Qarabağ ermənilərinə münasibətdə isə Putin bildirib ki, əgər Ermənistan Rusiyanın müttəfiqi olaraq qalarsa, Moskva Qarabağ ermənilərinə yardımı davam etdirməyə hazırdır.