Reznikov: Krıma hücumu davam etdirəcək

0
9

Ukrayna bir həftə əvvəl Kerç körpüsünə hücum kimi Rusiyanın işğal etdiyi Krıma qarşı hücumlarını davam etdirəcək. Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov CNN-ə açıqlamasında deyib.

– Düşmənin daha çox sursat, yanacaq və ərzaq əldə etməməsi üçün onun maddi-texniki təchizat xətlərini məhv etmək normal taktikadır. Buna görə də biz onlara qarşı bu hücumları həyata keçiririk, Reznikov deyir.