İyunun 9-da Dənizkənarı bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçiriləcək. Seçiləcək qalib, yəni ən yaxşı drifter, Omanda 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in dünya finalında Azərbaycanı təmsil edəcək. Tribunalara biletləri iTicket.az saytından və ya şəhərin kassalarında əldə etmək mümkündür. Qeyd edək ki, tədbirin xüsusi qonağı isə tanınmış ifaçı Orxan Zeynallı olacaq. Odur ki, bütün drift həvəskarlarını iyunun 9-da saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində gözləyirik.


























