Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı detallar

0
11
  • Qarabağın erməni sakinləri Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin işinə cəlb oluna bilər.
  • Qarabağda erməni dilinin istifadəsinə imkan yaradılacaq.
  • Qarabağda yaşayan erməni sakinlər “ASAN” və DOST xidmətlərindən faydalanacaqlar.
  • Qarabağ bölgəsində yaşayan erməni sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər.
  • Qarabağda yaşayan erməni sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunur.
  • Qarabağda yaşayan erməni sakinlərin yaşadıqları ərazilərdə manatdan istifadə təmin ediləcək.
  • Qarabağda yaşayan erməni fermerlərə subsidiyalar veriləcək.
  • Qarabağın erməni sakinlərinin sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçiriləcək.