Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

0
25

Məlumata görə, saat 17:15-də Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsində 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət Rusiya Federasiyası sülhməramlılarının Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət etdiyi karvan yoxlama üçün dayandırılıb.

Avtomobillərə baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəkləri arasında ən azı 5 ədəd Kalaşnikov avtomatı (AKM) aşkar edilib.

Qaydaların kobud şəkildə pozulmasına – silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, kolon dayandırılaraq geri göndərilib.