Azərbaycan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində əldə etdiyimiz məlumata görə, qanunsuz silahlı birləşmənin 5 üzvü məhv edilib.
Bu təxribatın məqsədi Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqları pozmaq olub. Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin olması ciddi təhlükə mənbəyidir. Bu qanunsuz hərbi birləşmələr tamamilə ləğv edilməlidir. Terror mənbəyi olan bu qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisində mövcud olmasına icazə verilmir.