Anatoli Çubays Vladimir Putinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk edib, Reuters xəbər verir.
Anatoli Çubaysın Ukraynada müharibə başlayandan bəri istefa verən ən yüksək səviyyəli məmur olduğu deyilir. Mənbə xəbər agentliyinə bildirib ki, o, Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil.
Bloomberg xəbər agentliyinin məlumatına görə, buna səbəb Ukraynadakı müharibənin tənqididir.


























