CNN-in əməkdaşı Nathan Hodge təhlilində yazır ki, Vladimir Putin zahirən danışıqlara hazır olduğunu bildirməklə yanaşı, o, həm də Ukraynanın şərqinə işğal üçün zəmin yaradır.
Nümunə olaraq o, Putinin Almaniya kansleri Olaf Şolzla keçirdiyi mətbuat konfransında Donbass bölgəsində “soyqırım” baş verdiyini iddia etdiyini göstərir.
“Putin Ukraynada etnik rusların və rusdillilərin hüquqlarının pozulduğunu dəfələrlə iddia edərək, onların müdafiəsi üçün hərbi müdaxilənin Rusiyanın haqqı olduğunu bildirib”.
Putin Ukraynanı öz ölkəsi kimi yox, Rusiyanın bir hissəsi kimi görür və hesab edir ki, ölkədəki “anti-Rusiya” fikirləri Qərbin müdaxiləsinin nəticəsidir, Mariya Popova və Oksana Şevel “Foreign Affairs” jurnalında təhlil edərək yazır.
Bununla belə, o, saatı geri çevirib Ukrayna milli kimliyini silə bilməz, yazırlar.
“Diplomatiya Rusiyanın müstəqil, Avropa yönümlü Ukrayna ilə münasibət qurmaqla onun uzunmüddətli maraqlarının təşviq edildiyini başa düşməsinə yönəlməlidir”.

























