Putin İranın yeni prezidenti ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafından danışıb
Written by Mir on July 8, 2024
Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkiyanla telefonla danışıb.
“Report” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, Putin həmkarını seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Tərəflər müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün birgə işləməyə hazır olduqlarını vurğulayıblar.