Azərbaycan Prezidenti İlham Əliyev televiziya vasitəsilə dünya azərbaycanlılarını Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin çıxışından mühüm cümlələr:
“Ötən il Azərbaycan ordusu bir neçə hərbi əməliyyat keçirib və bir neçə strateji ərazi Azərbaycanın nəzarətinə keçib.
Zəngəzor dəhlizi açılacaq. Ermənistan istəsə də, istəməsə də. Bizim Naxçıvanla quru əlaqəsinə malik olmaq tarixi haqqımız var.
Azərbaycan iqtisadi sahədə tam müstəqildir. Ötən il Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 9 faiz artıb. Azərbaycan Avropa qazının əsas tədarükçülərindən biri olmaqla yanaşı, yaxın vaxtlarda Avropaya elektrik enerjisi ixracına başlayacaq və bununla bağlı Qara dənizin dibi ilə kabellərin çəkilişi başa çatdırılır. Azərbaycan Qarabağın işğaldan azad edilmiş ərazilərini yaşıl enerji zonasına çevirəcək.
Bu gün dünya azərbaycanlılarının əksəriyyəti Azərbaycan hökuməti ilə fəxr edir və bilirlər ki, qüdrətli Azərbaycan hökuməti onların himayədarıdır.


























